AZ

“Los-Anceles” klubunun futbolçusu Fransaya qayıda bilər

ABŞ-nin “Los-Anceles” klubunun futbolçusu Olivye Jiru Fransaya qayıda bilər.

Bakıvaxtı.az-ın “Foot Mercato”ya istinadən məlumatına görə, 38 yaşlı forvard "Lill"lə razılığa gəlib.

Jiru 2024-cü ilin yayından “Los-Anceles”də çıxış edir. O, 37 oyunda 5 qol vurub, 3 məhsuldar ötürmə edib.

Fransalı futbolçu daha əvvəl “Milan”, “Çelsi”, “Arsenal”, “Monpelye”, “Tur” və “Qrenobl” klublarında çıxış edib.

Seçilən
6
4
bakivaxti.az

5Mənbələr