ain.az, Azvision portalına istinadən məlumat verir.
AzVision.az xəbər verir ki, “Financial Times (FT)” nəşrinin yazdığına görə, belə vəziyyət ASDP-nin lideri Lars Klinqbayl üçün problemlər yarada bilər. “Ölkənin yenidən silahlanması və Rusiya ilə münasibətlərlə bağlı fikir ayrılıqları Almaniya sosial-demokratları arasında cümə günü başlayacaq qurultayda kəskinləşə bilər. Böyük ehtimalla, ASDP-nin lideri və ölkənin Maliyyə naziri Lars Klinqbayl partiyanın “köhnə qvardiyasının” neqativ reaksiyası ilə üzləşəcək”, - qəzetdə drəc olunan materialda vurğulanır. Partiyanın anti-Rusiya kursunu tənqid edənlərdən biri, Almaniyanın keçmiş kansleri Villi Brandtın böyük oğlu Peter Brandt “FT” nəşrinə müsahibəsində bildirib ki, Klinqbayl müdafiə xərclərinin yeni artımını “bunun həqiqətən üzvlərin əksəriyyətinin mövqeyinə uyğun olub-olmadığını yoxlamadan” təsdiqləyib. Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.