AZ

Azərbaycanın çimərlik voleybolu komandaları EEVZA çempionatında çıxış edəcəklər

Sia Az saytından alınan məlumata görə, ain.az bildirir.

Çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət Azərbaycan komandaları Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) U-20 və U-18 çempionatlarında iştirak edəcəklər. SİA xəbər verir ki, 20 yaşadək çimərlik voleybolçuların yarışı iyunun 27-29-da Litvanın paytaxtı Vilnüsdə baş tutacaq.

Azərbaycanı U-20 çempionatında 3 qız, 2 oğlan komandası təmsil edəcək.

U-18-lərin çempionatı isə iyunun 30-dan iyulun 5-dək Latviyanın Cesis şəhərində təşkil olunacaq. Bu yarışda 2 qız və 1 oğlan komandamız mübarizə aparacaq.

Qeyd edək ki, qızlardan ibarət komandaya Nihad Tarverdiyev, oğlanlardan ibarət kollektivə isə Atvars Vilde rəhbərlik edəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
21
sia.az

10Mənbələr