ain.az, Olay.az portalına istinadən məlumat yayır.
CeyLo ilə görüşmək üçün 100 min ödəyəcəklər
Dünyaca məşhur müğənni Cennifer Lopezin İstanbul konserti ilə bağlı yeni məlumat yayılıb.
OLAY yazır ki, CeyLo ilə görüşüb, tanış olmaq istəyənlər üçün ayrı bilet satıldığı məlum olub.
Bildirilib ki, dünya ulduzu ilə bir araya gəlmək istəyənlər 100 min lirə ödəyəcək.
Onlar həmçinin konserti VİP-də izləyəcək.
Bilet sayı məhduddur və yalnız 50 nəfərə satılacaq.
Qeyd edək ki, konsert 5 avqustda baş tutacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.