Sportal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Beşiktaş” Çexiya millisinin üzvünü transfer etməyə hazırlaşır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Benfika”nın müdafiəçisi David Yuraşek üçün danışıqlara başlayıb və ilkin razılıq əldə edib. Portuqaliya klubu Yuraşekin “Beşiktaş”a keçidinə problem yaratmayıb.
Son mövsümü icarə əsasında “Hoffenhaym”da keçirmiş çex futbolçu 2028-ci il iyunun 30-na kimi “Benfika”ya məxsusdur.
O, karyerası ərzində “Zbrovoyko Brno”, “Mlada Boleslav”, “Slaviya”(Praqa) kimi klublarda oynayıb.
saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.