ain.az bildirir, Sportal.az portalına istinadən.
Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunda “Araz-Naxçıvan”ın rəqibi olan “Aris” daha bir futbolçunu heyətinə qatıb.
Sportal.az xəbər verir ki, Saloniki təmsilçisi Yannis Yanniostası transfer edib.
Yunanıstan millisinin 32 yaşlı sabiq yarımmüdafiəçisi 2011-2013-cü illərdə “Aris”də oynayıb.
O, bu klubun yetirməsidir. Yunan vinger “Fortuna”(Düsseldorf), “Asteras”, “Olimpiakos”, APOEL, “Valyadolid”, AEK, “Apollon”(Limassol), “Apollon”(Smirnis), “Levadiakos” klublarında çıxış edib.
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Aris" matçları iyulun 24-də və 31-də keçiriləcək.
saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.