AZ

Azərbaycanfilm dəki qorxunc PARTLAYIŞ: Anbar mənim uşaqlığımdan bəri var, belə hadisə olmayıb

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İyunun 26-sı axşam saatlarında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində partlayış baş verib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, yanğın kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında qeydə alınıb.

Adətən, film çəkilişlərində mulyajdan istifadə olunur. Hətta süjet üzrə tətiyi çəkilib, "atəş açılan" silahların da güllələrinin boş, oyuncaq olduğunu bilirik. Partlayış yerindən Oxu.Az əməkdaşının hazırladığı videosüjetdə də anbarda xeyli sayda patronun olduğunu gördük, partlayış zamanı isə avtomat silahdan açılan atəş səsinə bənzəyən səsləri eşitdik - yəni pirotexniki vasitələr bir-bir partlayırdı.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Maraqlıdır, boş (barıtsız) hesab etdiyimiz film çəkilişləri üçün pirotexniki vasitələr nə dərəcədə təhlükəlidir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən rejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərov bildirib ki, pirotexniki vasitələr, əsasən, döyüş filmlərində partlayış səhnələrini çəkmək üçün istifadə olunur:

"Bu vasitələrin partlayışı, adətən, səsli-küylü olur. Kaskadyorlar təhlükəsizliyi təmin etmək məqsədilə partlayış mənbəyindən, təxminən, üç-dörd metr aralıdan qaçırlar. Bu, hava axınının zərbəsinin qarşısını almaq üçündür. Ancaq bu partlayışlar nəticəsində qəlpə yarasına bənzər xəsarət almaq mümkün deyil.

Pirotexniki vasitələr arasında tüstü yaradanlar da var. Onların kəskin qoxusu olur və bu, çəkiliş meydanında hiss edilir. Lakin çəkilişlər, əsasən, açıq sahələrdə aparıldığı üçün zəhərlənmə riski minimumdur".

Elxan Cəfərov əlavə edib ki, partlayış baş verən anbar uzun illərdir mövcuddur:

"Bu anbar mənim uşaqlığımdan bəri var. İndiyə qədər orada heç bir insident yaşanmayıb. Partlayışın hansı səbəbdən baş verdiyi barədə məlumatım yoxdur. Biz də rəsmi araşdırmanın nəticələrini gözləyirik".

Aləmdə Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
2
oxu.az

3Mənbələr