AZ

ABŞ Çinlə ticarət sazişi imzaladı, növbəti ölkə Hindistandır

ABŞ prezidenti Donald Tramp Ağ Evdə təşkil edilən iqtisadiyyatla bağlı tədbirdə Çinlə rəsmi ticarət müqaviləsi imzaladıqlarını açıqlayıb.

Publika.az xəbər verir ki, Trampın sözlərinə görə, bu razılaşma Çin bazarının ABŞ-a daha da açılmasına yol açıb.

"Çin ilə danışıqlara bir neçə ay əvvəl başladıq. Müqaviləni dünən imzaladıq. İndi hamı bizimlə ticarət müqaviləsi bağlamaq istəyir", - o söyləyib.

ABŞ prezidenti həmçinin bəyan edib ki, Hindistanla da böyük ticarət sazişi bağlana bilər:

“Növbəti hədəf Hindistandır. Biz böyük sövdələşməyə nail ola bilərik. Həqiqətən də böyük potensial var".

Seçilən
74
23
publika.az

10Mənbələr