AZ

Bələdiyyə binasından İsrail bayraqları yığışdırılır – Məhkəmədən qərar

Fransanın Nitsa şəhərində yerləşən bələdiyyə binasının üzərindən İsrail bayraqlarının çıxarılması ilə bağlı məhkəmə qərarı verilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nitsa İdarə Məhkəməsi şəhər meri Kristian Estrosiyə bayraqların yığışdırılması üçün 5 gün vaxt verib.

Məhkəmə bu bayraqların binaya asılmasının İsrailə açıq siyasi dəstək və mövqe ifadəsi kimi dəyərləndirildiyini vurğulayıb.

Qeyd edək ki, Nitsa Bələdiyyəsi 7 oktyabr 2023-cü il tarixində HƏMAS-ın hücumlarından sonra binanın üzərinə İsrail bayrağı asıb. Bu addım bir çox vətəndaş və hüquq müdafiəçiləri tərəfindən etirazla qarşılanıb. Bayraqların götürülməsi ilə bağlı edilən müraciətlər rədd olunduğuna görə, məsələ məhkəmə səviyyəsində qaldırılıb.

Roza

Seçilən
11
publika.az

1Mənbələr