AZ

Trampdan sərt reaksiya: Onları dərhal işdən çıxarın!

ABŞ prezidenti Donald Tramp “CNN” və “New York Times” qəzetləri ilə bağlı sərt açıqlama verib.

Publika.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Tramp Birləşmiş Ştatların İrana hücumunda nüvə obyektlərinin tam məhv edilmədiyi xəbərini dərc etdikləri üçün sözügedən qəzetlərə sərt reaksiya verib.

O, hər iki media təşkilatına çağırış edərək, "Burada çalışan saxta xəbər müxbirləri dərhal işdən azad edilməlidir. Onlar pis niyyətli, təhlükəli insanlardır", - deyə bildirib.

Seçilən
5
publika.az

1Mənbələr