2025-26 mövsümündən etibarən Misli Premyer Liqasında mübarizə aparacaq "İmişli" 5 futbolçu ilə sözləşməni yeniləyib.
Offsideplus.az xəbər verir ki, daha öncə baş məşqçi Xorxe Kaskilya ilə anlaşan klub Həzrət İsayev, İdris İnqilablı, Andrey Sinenka ilə bir, Mehdi Tahirov və Vüsal Qənbərovla müqaviləni yeniləyib. Onların hər biri ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub.
Qeyd edək ki, "İmişli" daha öncə futbolçuları Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov və Nəbi Məmmədovla isə vidalaşıb.