AZ

Yemək deyəndə gözləri parıldayır

Dadlı yemək əksər insanlar üçün sadəcə zövq deyil, həm də gündəlik həyatın ayrılmaz bir hissəsidir. Amma elə insanlar var ki, onlar üçün yemək adətən sadə bir ehtiyac deyil, sanki bir ehtirasa çevrilib. Astroloqlar hesab edir ki, bürclərin təsiri ilə bəzi şəxslər yeməyə daha çox bağlanır, onu emosional rahatlıq mənbəyi kimi qəbul edirlər.

Publika.az yeməyə qarşı xüsusilə həssas olan və “qarınqulu” adlandırıla biləcək 4 bürcü təqdim edir:

Qoç – ləzzət axtaran sərgüzəştçilər

Qoçlar yeməkdən zövq almağı bacaran və daim yeni dadların axtarışında olan bürclərdəndir. Onlar üçün adi yeməklər maraqsızdır, fərqli və qeyri-ənənəvi mətbəx nümunələrini sınamaqdan zövq alırlar. Şirniyyata xüsusi maraqları var. Qoçlar tez-tez yeni desertlər sınaqdan keçirir və yemək prosesini əyləncə kimi qəbul edirlər.

Balıqlar – ruhunu yeməklə sakitləşdirənlər

Balıqlar üçün yemək həm emosional tarazlıq, həm də dinclik deməkdir. Onlar əhval-ruhiyyələrindən asılı olaraq yeyirlər – bəzən sevinəndə, bəzən də kədərlənəndə yeməyə üz tuturlar. Tez-tez axşam saatlarında salat və ya kartof qızartması ilə televizor qarşısında dincəlmək onlara xüsusi rahatlıq verir. Balıqlar yeməkdə seçici deyillər, əsas odur ki, ləzzətli olsun.

Xərçəng – hər yeməyə duyğu yükləyənlər

Seçilən
76
38
publika.az

10Mənbələr