AZ

Rusiya Qazaxıstanda 14 milyard dollara AES tikəcək

BAKI, 27 iyun. TELEQRAF

“Qazaxıstan 2025-ci ilin sonuna qədər Rusiya ilə AES-in tikintisinə dair hökumətlərarası saziş imzalamağı gözləyir”.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstan Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev məlumat verib.

“Hökumətlərarası saziş imzalandıqdan sonra yekun qərar veriləcək. Qurumlararası komissiyanın iclası keçirilib, müsabiqə prosesinin nəticələrinə baxılıb və təsdiq edilib, ardınca Energetika Şurasında idarələrarası komissiyanın nəticələrinin təsdiqi ilə bağlı yekun qərarlar qəbul edilib”, - deyə o, AES-in tikintisi ilə bağlı sualı cavablandırıb.

Satkaliyevin sözlərinə görə, tərəflər artıq hökumətlərarası sazişin hazırlanmasına başlayıblar.

Qurum rəhbəri əlavə edib ki, Qazaxıstanda planlaşdırılan atom elektrik stansiyasının tikintisi 14 milyard dollara başa gələ bilər.

Seçilən
12
50
teleqraf.com

10Mənbələr