AZ

ABŞ İrana 30 milyard dollar ayırmaq istəyir

ain.az bildirir, Axar.az portalına istinadən.

Vaşinqton İranın uranın zənginləşdirilməsi ideyasından imtina etməsi şərti ilə Tehrana dinc nüvə proqramının inkişafı üçün təxminən 30 milyard dollar investisiya ayrılması planını nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bu barədə Amerika administrasiyasındakı mənbələrə istinadən CNN məlumat yayıb.

Bildirilib ki, belə bir ideya ABŞ və Yaxın Şərqin əsas oyunçuları tərəfindən bir neçə həftə əvvəl, eləcə də bu həftə müzakirə olunub.

O cümlədən, təkliflərdən birində İranın nüvə proqramına 20-30 milyard dollar həcmində investisiyaların ayrılması nəzərdə tutulur və vəsait ABŞ-dan deyil, ərəb ölkələrindən gələcək.

Qeyd olunur ki, investisiya məsələsi İran-Amerika danışıqlarının bir neçə raundunda müzakirə olunub. Bundan əlavə, bu mövzu ABŞ prezidentinin nümayəndəsi Stiven Uitkoffun Körfəz ölkələrinin nümayəndələri ilə gizli görüşündə qaldırılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
2
axar.az

10Mənbələr