BAKI. 26 iyun. TELEQRAF
ABŞ-da təşkil olunan klublararası dünya çempionatında qrup mərhələsinə yekun vurulub.
Teleqraf xəbər verir ki, H qrupunda III turun oyununda
"Real Madrid" Avstriyanın "Zaltsburq" klubu 3:0 hesabı ilə məğlub edib.
Səudiyyə Ərəbistanının "Əl Hilal"ı isə Meksika "Paçuka"sından üstün olub - 2:0.
Beləliklə, "Real Madrid" (7 xal) və "Əl Hilal" (5) qrupda ilk pillələri tutaraq, pley-off mərhələsinə yüksəliblər.
"Zaltsburq" (4) və "Paçuka" (0) mübarizəni dayandırıb.
III tur oyunlarından sonra 1/8 final cütlərinin tərkibi müəyyənləşib:
28 iyun
20:00. "Palmeyras" (Braziliya) - "Botafoqo" (Braziliya)
00:00. "Benfika" (Portuqaliya) - "Çelsi" (İngiltərə)
29 iyun
20:00. PSJ (Fransa) - "İnter Mayami" (ABŞ)
00:00. "Flamenqo" (Braziliya) - "Bavariya" (Almaniya).
30 iyun
23:00. "İnter" (İtaliya) - "Fluminense" (Braziliya)
1 iyul
05:00. “Mançester Siti” – “Əl-Hilal”
23:00. “Real Madrid” – “Yuventus”
2 iyul
05:00. "Borussiya" (Dortmund, Almaniya) - "Monterrey" (Meksika).