AZ

Xamenei mümkün sui-qəsd təhlükəsinə qarşı üç varis namizədi müəyyən edilib

Maraqlıdır ki, daha əvvəl varis kimi göstərilən oğlu Möctəba Xamenei bu siyahıya daxil edilməyib

2025-ci il iyunun 26-da İranın ali lideri Ayətullah Seyid Əli Xamenei ABŞ və İsrailə qarşı qələbə əldə olunduğunu bəyan edib. O, bildirib ki, Vaşinqton öz məqsədlərinə çata bilməyib və hərbi əməliyyat uğursuzluqla nəticələnib.

Eyni zamanda, “The New York Times” və İran kəşfiyyatına istinadən verilən məlumata görə, Xamenei mümkün sui-qəsd təhlükəsinə qarşı ehtiyat tədbiri kimi üç varis namizədini müəyyən edib. Maraqlıdır ki, daha əvvəl varis kimi göstərilən oğlu Möctəba Xamenei bu siyahıya daxil edilməyib.

Sherg.az xəbər verir ki, İsrail rəhbərliyi isə Xameneinin fiziki olaraq aradan qaldırılmasını strateji məqsəd kimi görür. ABŞ prezidenti Donald Tramp bu fikrə qarşı çıxaraq, vəziyyətin nəzarətdən çıxa biləcəyini qeyd edib. Rusiya isə hər hansı bir liderin qəsdən öldürülməsini qəti şəkildə pisləyib.

Hazırda Xamenei Tehranın şimal-şərqində yerləşən gizli sığınacaqda təhlükəsizlik məqsədilə elektron əlaqəni məhdudlaşdıraraq qalmaqdadır.
Seçilən
12
1
sherg.az

2Mənbələr