AZ

Azərbaycan güləş millisi rekord xalla Avropa çempionu olub

Bakı. Trend:

İtaliyanın Kaorle şəhərində U-15 Avropa çempionatı davamedir.

Trend-inməlumatına görə, sərbəst güləş üzrə yarışda həlledici görüşlərkeçirilib və mübarizəyə yekun vurulub.

38 kiloqram

Cavanşir Süleymanov finalda rusiyalı Abdulla Almazova (0:10)məğlub olub və gümüş medalla kifayətlənib.

41 kiloqram

Hüseyn Rzazadə finalda rusiyalı Nikita Kondraşovla gərgin keçənqarşılaşmada minimal fərqlə (7:6) qalib gələrək Avropa çempionuolub.

44 kiloqram

Ötən il 41 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxanİbrahim Həsənov eyni uğuru yuxarı çəkidə təkrarlamağa yaxın olub.Ancaq Gəncə güləş məktəbinin yetirməsi bu dəfə həlledici görüşdərusiyalı Kirill Kondraşovla bacarmayıb (0:8) və gümüş medallakifayətlənib.

48 kiloqram

Əkbər Əsgərov finalda rusiyalı Amir Daurova 4:5 hesabıyla məğlubolub və məsul yarışda ikinci yeri tutub. Bu çəkidəki digərtəmsilçimiz Tunar Sultanzadə isə bürünc medal görüşündə gürcüstanlıDemetre Mortuladzeyə eyni hesabla uduzub.

57 kiloqram

Muraz Hüseynov bürünc medal görüşündə rusiyalı Abdul İsayevə(0:10), Elcan Həsənov isə digər bürünc medal görüşündə ukraynalıViktor Karaya (4:7) məğlub olub.

62 kiloqram

Məhəmməd Həsənli finalda rumıniyalı İstvan Naqiyə sonuncu xalprinsipinə əsasən (2:2) məğlub olub və gümüş medalçılar sırasınaqoşulub.

68 kiloqram

Xəyal Şükürlü ermənistanlı Şahen Martirosyana 7:4 hesabıylaqalib gələrək bürünc medala sahib çıxıb.

85 kiloqram

Elgün Kərimli finalda gürcüstanlı Mate Oniani üzərində əzmkarqələbə qazanıb – 11:9. Bununla da güləşçimiz komandanın hesabına2-ci qızıl medalı yazdırıb.

Beləliklə, AÇ-də 2 qızıl, 4 gümüş və 1 bürünc medal qazananmillimiz 161 xalla komanda hesabında ikinci dəfə Avropa çempionuolub. Yığmamız 2-ci yeri tutan Ermənistanı 47 xal qabaqlayıb. İlk“3-lüy”ü Ukrayna (91) qapayıb.

Qeyd edək ki, 161 xal sərbəst güləşimizin bu yaş qrupunda yenirekordudur. Buna qədər ən yaxşı göstərici 2023-cü ildə qeydəalınmışdı. İki il əvvəl komandamız 145 xalla 2-ci yeritutmuşdu.

Seçilən
9
37
az.trend.az

10Mənbələr