AZ

İran nüvə müfəttişlərinin yolunu bağladı

Tehran MAQATE-ni İsrailin hücumlarına əsas yaratmaqda ittiham edərək bütün əməkdaşlığı dayandırdı.

İran parlamentinin sədri Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandıran qanunun qüvvəyə mindiyini rəsmən elan edib. Musavat.com xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf cümə axşamı günü Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandıran qanunun qüvvəyə mindiyini elan edib. İclasda iştirak edən 223 parlament üzvündən 221-i sənədi dəstəkləyib. Parlamentin qərarında deyilir ki, İranın nüvə obyektlərinin təhlükəsizliyi təmin olunana qədər MAQATE əməkdaşlarının yoxlama aparmaq üçün ölkəyə girişi qadağan ediləcək. Bu, həmçinin İranın MAQATE-yə müntəzəm hesabatlar təqdim etməyi dayandıracağını nəzərdə tutur. 

Screenshot_2.png

Rusiya beynəlxalq ictimaiyyəti İranın bəyanatlarına hörmətlə yanaşmağa çağırıb. "Biz İranın MAQATE ilə əməkdaşlığının davam etdirilməsində maraqlıyıq. Biz hər kəsin İranın, İranın Ali Rəhbərinin, İranın nüvə silahı yaratmaq planlarının olmadığı və olmayacağı ilə bağlı təkrar bəyanatlarına hörmətlə yanaşmasında maraqlıyıq", - Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

İran hakimiyyəti hesab edir ki, MAQATE iyunun ortalarında Tehranın nüvə silahının yayılmaması ilə bağlı öhdəliklərini yerinə yetirmədiyini bildirən qətnamə çıxarmaqla İsrailin zərbələri üçün yol açıb. Qalibaf həmçinin agentliyi İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələri pisləmədiyinə görə qınayıb. Onun fikrincə, bu, agentliyin dünyada etibarını sarsıdır.

İran daha əvvəl bildirib ki, partlayışlar onun nüvə proqramını pozmayıb, bu da Tehranın hücumlardan əvvəl yüksək zənginləşdirilmiş uranı başqa yerə köçürdüyü anlamına gələ bilər. 

Screenshot_1.png

İran və beynəlxalq ictimaiyyət arasında 2015-ci ildə bağlanmış müqaviləyə əsasən, Tehrana uranı 4%-dən aşağı zənginləşdirməyə icazə verilmişdi. İranın dünya gücləri ilə 2015-ci ildə imzaladığı və sanksiyaların ləğvi müqabilində nüvə proqramını ciddi şəkildə məhdudlaşdıran müqavilə imzaladıqdan sonra MAQATE bu ölkəyə qarşı dünyanın ən sərt təftiş rejimlərindən birini tətbiq etdi.

Donald Tramp ölkəsinin 2018-ci ildə İranın nüvə sazişindən çıxdığını elan etdikdən sonra İranın MAQATE ilə əməkdaşlığı məhdudlaşdırılıb, lakin müfəttişlər hələ də Fordo, Natanz və İsfahan da daxil olmaqla mühüm nüvə obyektələrinə tez-tez baş çəkə biliblər.

 

Musavat.com

Seçilən
7
50
musavat.com

10Mənbələr