AZ

“Music Gallery” “Zaqatala”dan əlini çəkdi “Buna görə də heç bir işə başlaya bilmirik”

ain.az, Footbal-plus saytına istinadən bildirir.

Azərbaycanda sponsorların uzun müddət hansısa klubu arxa durması, onu maliyyələşdirməsi çətin məsələdi. Müqavilə imzalanır, xoş niyyət açıqlanır, amma qısa müddət ərzində əməkdaşlığa son qoyulur. 1-ci liqa təmsilçisi “Zaqatala” da belə klassik şanssızlıq yaşayan klublar sırasındadı. Ötən il fevralın 12-də Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyi ilə “Zaqatala” və “Music Gallery” arasında sponsorluq müqaviləsi imzalananda zaqatalalı azarkeşlərin sevinci yerə-göyə sığmırdı. Amma işbirliyi cəmi bir il davam etdi. Adı çəkilən şirkətdə rəhbər dəyişikliyindən sonra sponsorluq anlaşmasının ömrü başa çatıb. Komandanın baş məşqçisi Rüstəm Məmmədovun fikirləri:

“Bəli, “Music Gallery”inin gələn mövsümdən olmayacağından xəbərdaram. Onlarla hansısa problem yoxdu. Mövsümün əvvəlində 6 aylıq, daha sonra yenidən 6 aylıq müqavilə bağlandı. İndi də müqavilə müddəti başa çatıb”.

Baş məşqçidən qarşıdakı mövsümlə bağlı planları da soruşduq:

“Format necə olacaq, çempionat nə vaxt başlayacaq - bəlli deyil. Futbolçular üçün yaş limiti olub-olmayacağını da bilmirik. AFFA-nın nə qədər pul ayıracağından da xəbərimiz yoxdu. Buna görə də heç bir işə başlaya bilmirik, gözləyirik”.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
icma.az

2Mənbələr