AZ

Xızıda bu günə qədər görünməyən iri buynuzlu heyvan oğurluğu - TƏFƏRRÜATLARVİDEO

Xızı rayonunda fərdi təsərrüfatlardan 70 başdan çox irubuynuzlu heyvan oğurlanıb.

Xezerxeber.az xəbər verir ki, kütləvi heyvan oğurluğu yerli təsərrüfat sahibləri arasında ciddi narahatlıq yaradıb.

Hadisə barədə "XəzərXəbər"ə danışan təsərrüfat sahibi Yusif İsmayılov bildirib ki, hadisə 3 gün öncə baş verib. Hər gün olduğu kimi, həmin gün də iri buynuzlu heyvanlar kəndin yaxınlığındakı yay otlaqlarına buraxılıb. Lakin axşam saatlarında, adətən geri qayıdan heyvanlar örüşdən geri dönməyib.

Bildirilib ki, oğurlanan heyvanlardan 14-ü qonşunundur. Heyvanların ümumi dəyəri 150 min manata yaxındır. Bu hadisə kənddə təsərrüfatla məşğul olan ailələrin əsas dolanışıq mənbəyinə ciddi zərbə vurub. Qasımkənd sakinləri bu kimi halların son dövrlərdə artdığını, lakin bu qədər genişmiqyaslı bir oğurluqla ilk dəfə qarşılaşdıqlarını bildirirlər.

Oğurluq hadisəsi ilə bağlı dərhal Daxili İşlər Nazirliyinə müraciət olub. Xızı rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Yusif İsmayılovun sözlərinə görə, artıq bununla bağlı polis əməkdaşları araşdırmalara başlayıb.

Yerli sakinlər məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının daha effektiv tədbirlər görəcəyinə ümid edir və cinayəti törədən şəxslərin tezliklə müəyyən edilərək cəzalandırılacağını gözləyirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
16
xezerxeber.az

1Mənbələr