İşlədiyi müəssisə maaşını vermədən onu işdən çıxarıb.
NOCOMMENT.az xəbər verir ki, bunu “Xəzər Xəbər”ə müraciət edən paytaxt sakini Əfsanə Məmmədova deyib.
Onun sözlərinə görə, iki ildən artıq Dərnəgüldə yerləşən mərmər zavodunda xadimə işləyib.
Aylarla əməkhaqqısı ödənməyib. Daha sonra onu işdən çıxarıblar. Şikayətçi bildirib ki, onun üzləşdiyi aqibətlə üzləşən xeyli başqa işçilər də var.
Şikayətçi deyir ki, bununla bağlı şirkət rəhbərliyinə dəfələrlə müraciət edib. Ancaq vədlər verilsə də, maaşı verilməyib.