AZ

İsrail komandoları İranın nüvə obyektinə belə daxil olublar

İsrail komandolarının İranın Fordo nüvə obyektinə daxil olmasının görüntüləri yayılıb.

Publika.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, kadrlar ABŞ Prezidenti Donald Trampın İranın Fordodan heç nə çıxara bilməməsi ilə bağlı açıqlamasından sonra dərc olunub.

Görüntülərdə qabaqcıl avadanlıqlara malik bir qrup hərbçi tam sakit şəkildə Qum şəhəri yaxınlığındakı Fordo nüvə sahəsi olduğu deyilən yeraltı kompleksə daxil olur.

Müstəqil mənbələr hələlik bu yerin həqiqiliyini təsdiqləməyib, lakin İsrail mediası bunu hücumlar zamanı ABŞ ilə birgə Fordo nüvə obyektinə qarşı həyata keçirilən əməliyyatın bir hissəsi kimi qiymətləndirib.

Seçilən
10
2
publika.az

3Mənbələr