AZ

“Hansısa qələbə və ya titul qazandıracağıma zəmanət vermirəm” “Hayduk”un baş məşqçisi

ain.az bildirir, Footbal-plus portalına istinadən.

“Hayduk”un baş məşqçisi Qonsalo Qarsiya komandanın mövcud durumu haqda danışıb.“Football-plus.az” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.“Zirə”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibinin çalışdırıcısı komandasının oyundan-oyuna daha yaxşı performans sərgiləyəcəyinə inandığını bildirib:

“Hayduk”un milyonlarla azarkeşi var. Bu klub hətta bəziləri üçün dindi. Komandanı necə sevdiklərini bilirəm. Problemlərin fərqindəyik. Ancaq əminəm ki, bu günlər geridə qalacaq. Bəli, nəticənin tərəfdarlarımız üçün nə qədər vacib olduğunu bilirəm. Ancaq sizə hansısa qələbə və ya titul qazandıracağıma zəmanət vermirəm. Sadəcə, mən əlimdən gələni edəcəm. Klub olaraq, daha da böyüməliyik. Qarşıdakı vaxtda şəxsiyyətli kollektiv formalaşdıracağıq. Heyətimizdə olan futbolçular özünü, işini və “Hayduk”u sevməlidi”.

Xatırladaq ki, “Zirə” bu komanda ilə iyulun 23-də evdə, 31-də səfərdə qarşılaşacaq.KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
16
icma.az

10Mənbələr