AZ

"Çelsi" 65 milyon avroluq transferə hazırlaşır

"Çelsi" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi pplanlaşdırır.

Sportal.az xəbər verir ki, London klubunun əsas hədəfi "Borussiya"da çıxış edən Ceymi Gittensdir. Bu barədə "Bild" nəşri məlumat yayıb.

İngiltərəli vingerin keçidi yaxın günlərdə tamamlanacaq. "Çelsi" Almaniya klubunun tələb etdiyi 65 milyon avroluq təzminatı ödəməyə razı olub.

Qeyd edək ki, "Borussiya" Ceymi Gittensi 2020-ci ilin yayında "Mançester Siti"nin akademiyasından transfer edib. İngiltərə U-21 millisinin üzvü ötən mövsüm Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
8
1
sportal.az

2Mənbələr