ain.az bildirir, Olke.az saytına əsaslanaraq.
Mərkəzi Afrika Respublikasının paytaxtında orta məktəbdə baş verən partlayış və izdiham nəticəsində azı 29 şagird həlak olub, 250-dən çox insan yaralanıb.
Ölkə.az "Reuters"ə istinadla xəbər verir ki, ölkənin Milli Təhsil Nazirliyinin məlumatına görə, partlayış orta məktəbdə nasazlıqdan sonra ərazidəki transformatora elektrik verilərkən baş verib.
Partlayış izdihama səbəb olduqdan sonra qurbanların əksəriyyəti, o cümlədən 16 qız hadisə yerində ölüb, digərlərinin isə xəstəxanada öldüyü təsdiqlənib.
Həmidə İbrahimova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.