AZ

Qaret Sautqeyt cəngavər məqamına yüksəldildi

İngiltərə yığmasının keçmiş baş məşqçisi, 54 yaşlı ingilis mütəxəssis Qaret Sautqeyt cənvavər məqamına yüksəldilib.

Arena.az bu barədə “Sky Sports” dərgisinə istinadən məlumat verir.

Sautqeyt İngiltərə yığmasını çalışdırmış mütəxəssislər arasında müvafiq məqama yüksəldilmiş dördüncü məşqçi olub. Buna qədər Uolter Uinterbottom, Alf Ramsey və Bobbi Robson cəngavər adı almışdılar.

Qaret Sauqeyt İngiltərə yığmasının sükanı arxasına 2016-cı ilin sentyabr ayında keçib. Rəhbərliyi müddətində Sautqeyt İngiltərə yığmasını 102 oyuna çıxarıb, 64 qələbə, 20 heç-heçə, 18 məğlubiyyət yaşayıb. Topların fərqi is 230:86 nisbətindədir.

Maraqlıdır ki, Sautqeyt yığma komandanın sükanı arxasına məşqçilikdə elə də böyük təcrübəsi olmadan gəlib. Buna qədər ingilis mütəxəssis “Midlsbro”nu və İngiltərənin gənclərdən ibarət U-20 və U-21 yığmalarını qısa müddət çalışdırıb.

Buna rəğmən, Sautqeyt İngiltərə yığmasını dirçəldərək, iddialı kollektivə çevirə bilib. Sautqeytin rəhbərliyi altına “üç şir” 2021-ci ildə İngiltərədə keçirilmiş AÇ-2020-nin finalçısı, həmçinin DÇ-2022-də fəxri dördüncü olub.

Seçilən
7
arena.az

1Mənbələr