“Neftçi” yeni mövsümün hazırlıqlarına start verib.
Kollektiv iyunun 25-də klubun Futbol Mərkəzində bir araya gəlib.
İlk məşqdə komandayla müqaviləsi davam edən futbolçuların hamısı iştirak edib.
Kimlər?
Emil Balayev, Rza Cəfərov, Mustafa Sek, Elcan Əbilov, İsmayıl Zülfüqarlı, Emil Səfərov, Emin Mahmudov, Edvin Kuç, Andrey Ştoqrin, Ryonosuke Ohori, Elvin Camalov, Ramil Şeydayev, Bassala Sambu, Ağadadaş Salyanski, Murad Məmmədov.
“Ağ-qaralar”ın mövsümlərarası fasilə dönəmində heyətinə qatdığı ilk futbolçu Sessi D'Almeyda isə ilk məşqdə iştirak etməyib.
Paytaxt təmsilçisinin Bakıdakı toplanışını iyulun 14-dək davam edəcək. Hazırlığın növbəti mərhələsi iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində gerçəkləşəcək.
HƏBİB / SPORTİNFO.AZ