ABŞ prezidenti Donald Trampın İrana təzyiqlərini davam etdirməsi fonunda neft qiymətləri yüksəlir.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg"ə müsahibə verən analitiklər bildiriblər.
Qiymət artımının digər səbəbi ABŞ-da neft ehtiyatlarının azalması olub. Hökumətin məlumatına görə, xammal ehtiyatları ardıcıl beşinci həftədir ki, 5,84 milyon barel azalaraq 11 illik mövsümi minimuma enib. Bu vəziyyət ölkədə neft məhsullarının qiymətinin aşağı olması fonunda yanacaq istehsalı üçün böyük həcmdə xammaldan istifadə edilməsi ilə bağlı yaranıb. Keçən həftə benzinə tələbat 2021-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə yüksəlib.
Çərşənbə günü "Brent" bir barel üçün təxminən 68 dollara, "West Texas Intermediate" (WTI) isə 65 dollardan yuxarı idi. Yaxın Şərqdən enerji tədarükünün mümkün kəsiləcəyi ilə bağlı narahatlıqlarla artan neftin qiyməti İsrail və İranın atəşkəs razılaşmasından sonra kəskin ucuzlaşıb.
Hörmüz boğazının bağlanması ilə bağlı təhdidlərin səsləndiyi İran-İsrail münaqişəsi fonunda Rusiyanın əsas ixrac markalı "Urals" markalı xam neftinin qiyməti yanvar ayından bəri ilk dəfə olaraq bir barel üçün 68 dolları ötüb. Uzaq Şərq vasitəsilə tədarük edilən premium "ESPO" markalı neft həmin gün bir barel üçün 70 dollara qədər yüksəlib. Cümə günü, iyunun 20-də isə maksimum 70,32 dollara çatıb.