AZ

İsrailə yönələn İran PUA-larını məhv etdik - Fransa

BAKI, TurkicWorld

Fransa Yaxın Şərqdə artan gərginlik fonunda İran PUA-larına müdaxilə etdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Fransanın müdafiə naziri Sebastien Lecornu İsrailə doğru hərəkət edən 10-dan az İran pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirdiklərini bildirib.

Lecornu bu barədə dünən axşam saatlarında Milli Məclisdə Yaxın Şərqdəki vəziyyətlə bağlı keçirilən iclasda danışıb. O qeyd edib ki, İsrailin İrana hücumlarına Fransa heç bir şəkildə qatılmayıb. Onun sözlərinə görə, Fransa yalnız özünün bölgədəki hərbi bazalarını qanuni müdafiə çərçivəsində qoruyur.

Nazir əlavə edib ki, ölkəsinin Rafale döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri vasitəsilə 10-dan az İran PUA-sı zərərsizləşdirilib. Onun X hesabında paylaşdığı məlumata əsasən, bu PUA-lar İsrail istiqamətində hərəkət edirmiş.

Qeyd edək ki, son günlər İsrail və İran arasında artan hərbi qarşıdurmalar bölgədəki beynəlxalq qüvvələrin də təhlükəsizlik tədbirlərini gücləndirməsinə səbəb olub.

Seçilən
7
50
turkic.world

10Mənbələr