Lionel Messinin formasını geyindiyi "İnter Mayami"nin klublararası dünya çempionatında iştirak etdiyi bir matçda həm duyğulu, həm də gülməli hadisə baş verib.
Publika.az xəbər verir ki, oyunlardan birində tribunaya yaxınlaşan yaşlı bir azarkeş əlində parlaq plakat tutaraq belə yazıb: "Messi, mənimlə evlənərsən?"
Kadrlarda argentinalı ulduzun bu etirafı görəndə necə utanaraq gülümsədiyi aydın görünür. Futbol əfsanəsi təmkinli olsa da, səmimi reaksiya verməsi dərhal azarkeşlərin diqqətini çəkib və həmin an sosial şəbəkələrdə sürətlə yayılıb.
Videonun qəhrəmanı məşhur bir "internet nənə" olub. O, dörd milyona yaxın izləyicisi olan məşhur "Instagram" hesabında paylaşdığı əyləncəli videolarla tanınıb.