AZ

Xamenei: Amerikalılar Qətərdəki ABŞ bazasına dəyən ziyanı gizlədirlər

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Qətərdəki Amerikanın Əl-Udeyd aviabazasına hücum edən İran ona müəyyən ziyan vurub, lakin ABŞ bunu gizlətməyə çalışır.

Bizimyol.info xəbər verir ki, bunu İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamenei deyib.

“Cavab olaraq İran İslam Respublikası Amerikanın üzünə güclü sillə vurdu. O, Amerikanın regiondakı mühüm bazalarından birinə, Əl-Udeyd bazasına hücum edib və ona əhəmiyyətli dərəcədə ziyan vurub”, - deyə Xamneyinin mətbuat xidmətinin verdiyi məlumata görə, ali dini lider bunu xalqa müraciətində deyib.

İran liderinin sözlərinə görə, ABŞ-ın zərbələri nəticəsində İranın nüvə obyektlərinin vurduğu zərərin miqyasını “şişirdən də eyni adamlar”dır. “İndiki halda bunu azaltmağa, heç bir şeyin baş vermədiyini söyləməyə çalışıblar, halbuki insident çox böyükdür. Onlar bunu dünya ictimaiyyətindən və Amerika xalqından gizlətməyə cəhd edirlər”, - deyə o qeyd edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
icma.az

1Mənbələr