AZ

Şəhid Zahir Feyzullayevin qəhrəmanlıq hekayəsi

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Qardaşım komandasında olan əsgərlərdən biri yaralananda onu xilas edərək çiynində daşıyıb".

Bunu Baku TV-nin Vətən müharibəsi şəhidi Zahir Feyzullayevin qəhrəmanlıq hekayəsi barədə hazırladığı reportajda onun qardaşı Mahir Feyzullayev deyib.

O, Zahir Feyzullayevlə son telefon danışığını xatırlayıb: "Dedi ki, ata-anamı qoru, şəhid olsam, mənimlə fəxr edin".

Şəhidin anası Rüfanə Yusifova isə oğlunun toy mərasiminin baş tutmamasından bəhs edib:

"Nədənsə 19 rəqəmi onun üçün simvol idi. Hər şeyi ayın 19-da edirdi. Nişan mərasimini həmin tarixə təyin etmişdi. Şəhid olduğu gün də ayın 19-da gecə saatlarına təsadüf etdi. Toyunun vaxtı qoyulmuşdu, koronavirus pandemiyasına görə saxladıq, sonra da döyüşlərə qatıldı".

Daha ətraflı süjetdə:

Şəhid Zahir Feyzullayevin qəhrəmanlıq hekayəsi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
2
oxu.az

3Mənbələr