AZ

ABŞ-yə gedənlərin nəzərinə - Sosial şəbəkə hesabınızda bunu dəyişin

Bu andan etibarən F, M və ya J kateqoriyalı qeyri-mühacir vizasına müraciət edən bütün şəxslərə sosial media hesablarının məxfilik ayarlarını "ictimai" (hamı üçün açıq) vəziyyətə gətirmələri tövsiyə olunur.

Day.Az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, bu, ABŞ qanunvericiliyinə uyğun olaraq onların şəxsiyyətinin və ölkəyə daxilolma hüququnun müəyyənləşdirilməsi üçün zəruri olan yoxlama prosesini asanlaşdırmaq məqsədi daşıyır.

Seçilən
63
50
day.az

10Mənbələr