AZ

Azərbaycan Çin şirkəti ilə külək enerjisi layihələrini müzakirə edib

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Çin şirkəti ilə külək enerjisi layihələri və bu sahədə avadanlıqların istehsalı imkanlarını müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

O bildirib ki, Çində “Windey Energy Technology Group Co., Ltd.” şirkətinin İdarə Heyətinin sədri Chen Qi ilə səmərəli görüş keçirib.

“Külək enerjisi layihələri və bu sahədə avadanlıqların istehsalı, eləcə də enerjinin ötürülməsi infrastrukturu üzrə əməkdaşlıq imkanlarını müzakirə etdik”, deyə P. Şahbazov bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
4
bakivaxti.az

5Mənbələr