Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. İlkin məlumatlara görə, əməliyyat nəticəsində ümumilikdə 9 nəfər saxlanılıb. İcra başçısı Musa Şəkiliyevlə yanaşı, onun birinci müavini Elbrus Tağıyev, İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov, Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov da saxlanılanlar arasındadır. Onlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və aşmada ittiham olunurlar.
Paytaxt.org-un Qaynarinfo-dan əldə etdiyi məlumata görə, Musa Şəkiliyevin övladları - Orxan və Rəsul Şəkiliyevlər - həm Bakıda, həm də Qax rayonunda, eləcə də Rusiyada geniş biznes fəaliyyətləri ilə tanınırlar.
Qardaşların rəhbərlik etdiyi əsas şirkətlərdən biri "Madena" MMC-dir. Şirkətin təsisçisi sabiq icra başçısının oğlu Rəsul Şəkiliyev, qanuni təmsilçisi isə Keyseruxski Şamil Fuad oğludur.