Lukas Şevalye “Lill”i “Nyukasl”a dəyişə bilər.
Msport.az xəbər verir ki, Fransa klubunun qolkiperinə rəsmi təklif edilib.
“Nyukasl” 23 yaşlı qapıçı özü də Premyer Liqada oynamaq istəyir. PSJ və “Qalatasaray”ın da maraq dairəsində olmuş Şevalye sonda “Nyukasl”a keçməyə razılıq verib.
O, ötən mövsüm bütün yarışlarda “Lill”in heyətində 48 matçda 53 qol buraxıb. 13 görüşdə isə qapısının toxunulmazlığını qoruya bilib.