AZ

ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik etdi

ABŞ F, M və ya J kateqoriyalı vizalar üçün yeni tələb müəyyənləşdirib.

Viral.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, F, M və ya J kateqoriyalı qeyri-mühacir vizasına müraciət edən bütün şəxslərə sosial media hesablarının məxfilik ayarlarını “ictimai” (hamı üçün açıq) vəziyyətə gətirmələri tövsiyə olunur.

Son Yazılar:

Məlumata görə, bu, ABŞ qanunvericiliyinə uyğun olaraq onların şəxsiyyətinin və ölkəyə daxilolma hüququnun müəyyənləşdirilməsi üçün zəruri olan yoxlama prosesini asanlaşdırmaq məqsədi daşıyır.

Qeyd edək ki, F və M kateqoriyalı vizalar universitet və kolleclərdə təhsil, eləcə də peşə təhsili, J kateqoriyalı vizalar isə professor, alim və müəllimlərin mübadilə proqramında iştirakı üçün verilir.

Seçilən
22
50
viral.az

10Mənbələr