AZ

Ərdoğan Makrona elə bir dərs verdi ki... - Video

Niderlandın Haaqa şəhərində keçirilən NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında görüş baş tutub.
Sherg.az Teleqraf-a istinadla xəbər verir ki, liderlərin əl sıxaraq salamlaşması beynəlxalq medianın və müşahidəçilərin diqqətindən yayınmayıb.

Makron görüş zamanı bədən dili vasitəsilə üstünlük nümayiş etdirməyə çalışsa da, Prezident Ərdoğanın sərgilədiyi hərəkət onun bu cəhdini balanslaşdırıb. Yayılan görüntülərdə Ərdoğanın jest və baxışları ilə öz siyasi və şəxsi mövqeyini qəti şəkildə ifadə etdiyi aydın hiss olunur.

Xatırladaq ki, iki lider arasında münasibətlər son illər xüsusilə Şərqi Aralıq dənizi, Liviya və Cənubi Qafqaz məsələləri fonunda gərginləşib. Bununla belə, NATO sammiti çərçivəsində baş tutan bu təmas tərəflər arasında dialoq kanallarının açıq olduğunu göstərir.


Telegram Widget
This media is not supported in your browser
VIEW IN TELEGRAM
NATO sammitində prezident Ərdoğanla Makronun əl sıxaraq görüşməsi diqqət çəkib. Ərdoğanla görüşündə bədən dili ilə üstünlük qurmağa çalışan Fransa prezidenti Makron Ərdoğandan gözlənilməz cavab alıb.
Seçilən
20
50
sherg.az

10Mənbələr