AZ

Zelenski: Avropanın ədalətinə sadiqliyini alqışlayıram”

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Ukrayna ilə Avropa Şurası arasında Rusiyanın təcavüzünün araşdırılması üçün Xüsusi Tribunalın yaradılmasına dair Saziş imzalanıb.

Gununsesi.info-nun Strasburqa ezam olunan əməkdaşının verdiyi xəbərə görə, AŞ PA üzləri qarşısında çıxış edən Ukrayna lideri bu Sazişin əhəmiyyətindən danışıb.

Parlament Assambleyasına Rusiyanın təcavüzünə qarşı durduğu “real liderliyə” görə təşəkkür edən Zelenski, Avropanın ədalətə sadiqliyini alqışlayıb.

“Belə bir tribunal üçün ilk çağırış məhz burada, bu Assambleyada edilib”, – deyə cənab Zelenski bildirib.

“İdeya burada yaranıb və indi o, Avropada və ondan kənarda tərəfdaş ölkələrdən real dəstək alır.”

O, daha sonra əlavə edib:

“Hər bir rusiyalı hərbi cinayətkarın, o cümlədən Putinin ədalətlə üzləşməsinə əmin olmaq üçün güclü siyasi və hüquqi əməkdaşlıq lazımdır. Bu, bizim getməli olduğumuz yoldur – real ittihamlara və real hökmlərə qədər”.

Pərviz Həşimli

Fransa/Strasburq

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
icma.az

1Mənbələr