AZ

Ronaldo: “Ançelotti mənə Skolarini xatırladır”

Dünya futbolunun braziliyalı əfsanəsi Ronaldo, 66 yaşlı italyan mütəxəssis Karlo Ançelottinin “selesao”ya baş məşqçi təyinatını şərh edib.

Arena.az ESPN şəbəkəsinə istinadən, Ronaldonun müvafiq qənaətini təqdim edir:

“Düşünürəm ki, Ançelottinin gəlişi çox müsbət olacaq. Mən onu yaxşı tanıyıram – o, əla komanda adamıdır, oyunçuları yerbəyer etməyi bacarır, ab-hava hesabına qələbə qazanır, həmçinin komandanın etibarını qazanmaq üçün özünün bütün təcrübəsini tətbiq edəcək.

Mənim fikrimcə, məşqçi oyunçulara yaxın olmağı, etimad qazanmağı bacarmalı, nə vaxt basmalı və nə vaxt buraxmalı olduğunu başa düşməlidir. O, mənə Skolarini – komanda üçün elə, həmin ata simasını çox xatırladır. Onun məşqləri darıxdırıcı idi, amma hər kəs güc-qüvvəsini tamamilə verirdi – onun üçün, komana üçün”, deyə “Yekədiş” ləqəbli Ronaldo vurğulayıb.

Xatırladaq ki, Karlo Ançelotti cari ilin may ayında Braziliya millisinin sükanı arxasına keçib. İtalyan mütəxəssisə “selesao”nu 2026-cı il dünya çempionatında zəfərə çatdırmaq tapşırığı qoyulub. Ançelotti Braziliya millisini mundialın final mərhələsinə çıxara bilib. Təzəcə işə başlamış təcrübəli mütəxəssis “selesao”nun sükanı arxasında 2 oyun keçib 1 qələbə və 1 heç-heçə yaşayıb, top fərqi isə 1:0 nisbətindədir.

Seçilən
16
arena.az

1Mənbələr