AZ

İrəvanda həbs edilən rusiyalı milyarderin bəyanatı yayıldı: Görün nələr deyib

Həbsdə olan biznesmen, “Taşir” şirkətlər qrupunun sahibi Samvel Karapetyan Ermənistan hakimiyyətini cəmiyyəti parçalamaqda və daxili təhlükəsizliyin əsaslarını sarsıdan repressiv sistem yaratmaqda ittiham edib.

Publika.az xəbər verir ki, bu barədə onun vəkilləri vasitəsilə yayılan bəyanatında deyilir.

Karapetyanın sözlərinə görə, indiki rəhbərlik ölkəni qəsdən “qaralar” və “ağlar”a bölüb.

"Qəhrəmanlar, generallar, alimlər - intellektual və peşəkar elitanın nümayəndələri "qara" kateqoriyasına aid edilib. Bəziləri korrupsioner, digərləri isə cəmiyyətə yararsız şəxslər kimi təqdim edilib", - o qeyd edib.

Karapetyan əlavə edib ki, bir çox sahibkarlar da bu kateqoriyaya düşüb, onlara qarşı yüzlərlə cinayət işi qaldırılıb ki, bu da onun fikrincə qanunsuzdur.

Seçilən
6
publika.az

1Mənbələr