AZ

Dünyanın ən bahalı toy tortu - FOTOLAR

Tarixin ən bahalı toy tortlarından biri “Amazon”un rəhbəri Ceff Bezos və Lauren Sançezin toyu üçün hazırlanır.

“Cebheinfo.az” xəbər verir ki, məşhur fransız aşpazı Sedrik Qrolet  Ceff Bezos və teleaparıcı Lauren Sançesin möhtəşəm toyu üçün tarixin ən bahalı toy tortlarından birini hazırlayır. Bu barədə eksklüziv olaraq “DailyMail.com” yazıb.

39 yaşlı desert ustası milyarderlər arasında çox məşhurdur. O, sosial medianın və bütün dünya elitasının sevimlisinə çevrilib. 

Sedrik Qrolet 20 milyon dollarlıq toyun "unudulmaz mərkəzi" olacaq unikal tortu yaratmaq üçün həftələr sərf edir. Tortun resepti ciddi şəkildə qorunan  sirrdir və bu həftə sonu Venesiyada yerləşən San Giovanni Evangelista adasında baş tutacaq toyda açılacaq. Desert ustasının toyda iştirakı Venesiya hava limanında qonaqları qarşılayan bələdçiyə məxsus lövhədə adının görünməsindən sonra məlum olub.

“Le Meurice” otelinin əməkdaşının sözlərinə görə, Lauren və dostları onun desertlərindən məmnun qalıblar. O, Venesiyada tək gəlməyib - sevgilisi olan model Astrid-Olivia Germayn da onunla birlikdədir. İnstaqramda təxminən 13 milyon, “TikTok”-da isə 9 milyon izləyicisi olan ustanın əl işləri çox yüksək qiymətlərinə baxmayaraq, həmişə alıcı toplayır. Onun butiklərində çiyələk pavlova 18 avro, alma tortu 80 avroya satılır.

Bu yayın sonunda usta Monte Karloda əfsanəvi “Hôtel de Paris”-də Monako Şahzadəsi Albert üçün eksklüziv desert hazırlayacaq.

Seçilən
7
1
cebheinfo.az

2Mənbələr