AZ

Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayır

Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı start götürəcək.

İdman.biz xəbər verir ki, ilk yarış günündə 6 çəki dərəcəsində 9 cüdoçumuz tatamiyə çıxacaq.

Görüşlər saat 11:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi yarışda 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) ilə fərdi mübarizədə təmsil olunacaq.

Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

İdman.biz

Seçilən
67
50
idman.biz

10Mənbələr