“Mançester Yunayted”in 20 yaşlı argentinalı hücumameylli yarımmüdafiəçisi Alexandro Qarnaço xoşagəlməz halla üzləşib.
Arena.az “The Sun” nəşrinə istinadən məlumat verir ki, Qarnaço özünün sosial şəbəkə hesabı üzərindən paylaşdığı şəklin “zibilinə keçib”.
Belə ki, Qarnaço “Mançester Yuanyted”in məzunu, mövsümün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirmiş 27 yaşlı ingiltərəli sol cinah hücumçusu Markus Raşfordun “şirlər”in heyətində daşıdığı “9” nömrəli köynəyində şəklini paylaşıb. “Qırmızı şeytanlar”ın azarkeşləri isə İbitsa çimərliyində məzuniyyətdə olan və oradan bu şəkli paylaşmış argentinalı futbolçuya sərt surətdə təpiniblər.
“Söyüşün biri bir qəpikdən” mənzərəsində “Mançester Yunayted” azarkeşləri son sözlərini ifadə ediblər: “Rədd ol bizim klubumuzdan!” – “qırmızı şeytanlar”ın ordusu dilə gəlib.
