AZ

Füzulidə kanalda batan şəxsin kimliyi məlum olub — YENİLƏNİB

Füzulidə su kanalında batan şəxsin kimliyi məlum olub.

"Report"un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, Füzuli rayonu Kərimbəyli kənd sakini 2009-cu il təvəllüdlü Nağızadə Nihad Vüqar oğlu kənd ərazisindən keçən beton kanalda batıb.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

***07:51

Füzuli rayonunda bir nəfər kanalda batıb.

“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Kərimbəyli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini olan Nihad adlı yeniyetmə beton kanalda batıb.

Seçilən
31
6
demokrat.az

7Mənbələr