AZ

AFFA-nın iki bölgə klubu ilə bağlı ŞOK PLANI

25 iyun 2025-ci il tarixində SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirildi.

İclasda Əvəzedicilər Liqası ilə bağlı müzakirələr aparılıb.

AFFA-nın baş katibi C.Fərəcullayev Əvəzedicilər Liqasında ötən mövsümün gedişi, komandaların vəziyyəti, statistik göstəriciləri barədə məlumat verib.

Məsələ ilə bağlı Klublar Komitəsinin rəyi dinlənilib. Əvəzedicilər Liqası ötən mövsüm olduğu kimi davam etdiriləcək.

Amma AFFA-nın bu Liqa ilə bağlı yeni qərar verməyə hazırlaşması ilə bağlı bizə şok məlumat daxil olub.

Belə ki, federasiya rəhbərliyi uzun aradan sonra Premyer Liqaya qayıdan "Karvan" və "İmişli" komandalarına növbəti dəfə güzəşt etməyə hazırlaşır.

Belə ki, adıçəkilən klubların əvəzedici komandası olmayacaq.

İfrastruktur problemi, futbolçu qıtlığı və dövlət dotasiyasının azlığı əsas problem kimi göstərilib.

Hər iki klubun rəhbərliyinin bu barədə müraciətinə hətta şifahi razılıq da verilib.

Bu isə o deməkdir ki, son anda fikir dəyişməsə yeni mövsümdən Əvəzedicilər Liqasında komanda sayı 10 olacaq.

XANOĞLAN /SPORTİNFO.AZ

Seçilən
19
50
sportinfo.az

10Mənbələr