AZ

İnter River Pleyt ə qalib gəldi, Serxio Ramosu da 1/8 finala daşıdı

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

ABŞ-də təşkil olunan klublararası dünya çempionatında daha bir qrupda mübarizənin taleyinə aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, E qrupunda 3-cü turun oyunları nəticəsində İtaliya "İnter"i ilə Meksika "Monterrey"i 1/8 finala yüksəlib.

Milan nəhəngi Argentinanın “River Pleyt” klubuna 2:0 hesabı ilə qalib gəlib. Oyunda hesabı 72-ci dəqiqədə Françesko Esposito açıb, Alessandro Bastoni isə 90+3-cü dəqiqədə yekun nəticəni müəyyən edib.

Serxio Ramosun çıxış etdiyi "Monterrey" isə Yaponiyanın "Urava RD" komandasını darmadağın edib - 4:0. Meksikalıların heyətində Nelson Deossa (30), German Berterame (36, 90+7) və Jesus Korona (39) fərqləniblər. 

Nəticədə xalını 7-yə çatdıran "İnter" liderliyə yüksəlib. 5 xala malik "Monterrey" isə qrupu ikinci pillədə tamamlayıb. Dörd xalı olan "River Pleyt" ilə turniri xalsız tərk etməli olan "Urava RD" qrupda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
3
fanat.az

7Mənbələr