"CNN" ABŞ kəşfiyyatının İranın nüvə obyektlərinə zərbələri ilə bağlı qiymətləndirməsini işıqlandıran əməkdaşı Nataşa Bertranı ABŞ prezidenti Donald Trampın ona qarşı sərt tənqidindən sonra müdafiə edib.
Publika.az xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb.
Məlumata görə, "CNN" Bertrandın jurnalist fəaliyyətini, eləcə də sözügedən reportajını 100% dəstəkləyir.
Kanalın nümayəndəsi əlavə edib ki, "CNN"in materialları kəşfiyyatın tapıntılarının ilkin mahiyyətini açıq-aydın göstərir və bu, yeni məlumatlar əldə edildikdə düzəldilə bilər.
Bundan əvvəl Tramp "CNN" rəhbərliyini nataşa Bertranı “iti qovan kimi qovmağa” çağırmışdı.
Xatırladaq ki, jurnalist Nataşa Bertrand Amerika qüvvələrinin əməliyyatda qələbə qazandıqlarını elan etmələrinə baxmayaraq, İranın nüvə obyektlərini tamamilə məhv edə bilmədiklərini bildirib. Tramp onu qərəzli olmaqda ittiham edərək bir daha Tehranın nüvə proqramının “tamamilə məhv edildiyini” bəyan edib.