"Qiyamət radiosu" adlandırılan "UVB-76" radiostansiyası qəfil fəallaşıb.
Publika.az xəbər verir ki, bu barədə “UVB-76 logi” "Telegram" kanalı məlumat yayıb.
İyunun 25-də 29 sözdən ibarət 24 mesaj yayımlanıb. Bəzi sözlər təkrarlanıb.
Xatırladaq ki, bundan əvvəl "Roskomnadzor" ilk dəfə "Qiyamət radiosu" ilə bağlı rəsmi məlumat yayıb. İdarədən bildirilib ki, bu tezlikdə yayım edən istifadəçi, o cümlədən ona ayrılmış radiotezliklər və ya kanallar, istifadə olunan radioelektron avadanlıqların növləri, onların ünvanları və istifadə şərtləri barədə məlumatlar ictimaiyyətə açıq deyil.