Bakı. Trend:
Düz bir il əvvəl, məhz bu zalda, COP29-un gələcək Sədrliyiolaraq Bakı COP-u üçün baxışımızı açıqlamışdıq. Bu baxışinklüzivlik, şəffaflıq, qərəzsizlik və COP Tərəflər Konfransıtərəfindən idarə olunan bir yanaşma ilə COP29-un keçirilməsinə dairöhdəliyimizi ehtiva edirdi. Bütün fəaliyyətimizdə Konvensiyanın vəParis Sazişinin prinsiplərinə, məqsədlərinə və hədəflərinə sadiqqalaraq hərəkət etdik.
Biz bu yolda bütün Tərəfləri və Tərəf olmayan iştirakçılarıdiqqətlə dinlədik, açıq dialoqlar vasitəsilə heç kimin kənardaqalmamasını təmin etdik. İnanırdıq ki, COP29 Paris Sazişi üçün bir“sınaq məqamı” olacaq. Nəticədə əldə olunan konsensus və birlikgöstərdi ki, çoxtərəfli diplomatiya hələ də işləyir və prosesimizbəşəriyyət üçün mühüm nəticələr verə bilir. Başqa sözlə, busınaqdan birgə keçdik. İndi isə iqlim fəaliyyətini əhatə edəndaxili və xarici çağırışları nəzərə alaraq, hesab edirik ki, COP30artıq təkcə Paris Sazişi üçün deyil, bütövlükdə UNFCCC prosesininözü üçün də bir sınaq olacaq. Bu səbəbdən ambisiyadan icraya keçidetməliyik. Bu baxımdan, COP30-un “icra COP-u” kimi xarakterizəolunması ilə tam razıyıq.
Trend xəbər verir,bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un Başdanışıqçısı Yalçın Rəfiyev Bonn şəhərində keçirilən BMT-nin İqlimDəyişikliyi üzrə Köməkçi Orqanlarının 62-ci Sessiyası (SB62)çərçivəsində Braziliyanın COP30-a həsr olunmuş tədbirdə deyib.
“COP29-un baxışı bir-birini tamamlayan iki sütun üzərindəqurulmuşdu: ambisiyanın artırılması və fəaliyyətin dəstəklənməsi.Milli Səviyyədə Müəyyən edilmiş Töhfələr (NDCs), UyğunlaşmaPlanları (NAPs) və İkilik Hesabatlar (BTRs) vasitəsilə Tərəflərinambisiyasını yüksəltmək üçün əlimizdən gələni etdik.
Digər tərəfdən, sizinlə birlikdə, BMT-nin iqlim danışıqlarıçərçivəsində indiyə qədər əldə olunan ən böyük maliyyə öhdəliyiolan “Bakı Maliyyə Hədəfi” üzərində razılıq əldə etməyə nailolduq.
Çünki COP29-un əsas missiyası maliyyə idi – effektiv iqlimtədbirləri üçün həlledici amil. COP-u “əməl etdirici COP” kimiçərçivələndirdik. Yeni Kollektiv Kəmiyyət Hədəfininrazılaşdırılması, Paris Qaydalar Kitabının tam şəkildə tamamlanması(xüsusilə Paris Sazişinin 6-cı maddəsinin razılaşdırılması) vəiqlim fəaliyyətinin bütün sahələrini əhatə edən mühüm qərarlar –“Bakı Sıçrayışı” kimi yadda qalacaq.
Paris Sazişinin məqsədlərinə çatmaq yalnız cəsarətli qərarlardeyil, bir-birini dəstəkləyən COP Sədrlikləri arasında birlik tələbedir. Bu, sprint deyil, marafondur və hər bir COP özündənəvvəlkiləri tamamlayır. Biz COP27 (Şarm Əl-Şeyx) və COP28 (Dubay)daxil olmaqla əvvəlki COP-ların uğurları üzərində öz uğurlarımızıqurduq. Hər iki Sədrlik prosesi aktiv saxlamağı və estafeti inamlabraziliyalı həmkarlarımıza təhvil verməyə imkan verdi.
Bu ilin əvvəlindən etibarən Azərbaycan COP Sədrliyi Braziliyanıngələcək Sədrliyi ilə sıx əməkdaşlıq edir – prioritetlərinuyğunlaşdırılması, institusional davamlılıq və Tərəflərə xidmətedən birgə yanaşma üçün. COP30-a qədər birlikdə yerinə yetirməliolduğumuz birgə mandatlarımız var. Xüsusilə, Bakıdan Belemə YolXəritəsi çərçivəsində inkişaf etməkdə olan ölkələr üçün iqlimmaliyyəsinin illik 1.3 trilyon dollara çatdırılması məqsədiləişlərimizi davam etdirəcəyik.
Bundan əlavə, “1.5 dərəcə missiyası” üzrə Troika üzvü olaraq vəbizə verilmiş mandat çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri vəBraziliya ilə birgə bu ilin sentyabrına qədər ambisiyalı NDC-lərintəqdim edilməsinin vacibliyini vurğulamaqda davam edəcəyik.
SB62 çərçivəsində işlərimizi davam etdirdiyimiz bir vaxtdaAzərbaycan, Bakıdan Belemə yolun davamlılıq, ambisiya və inklüzivəməkdaşlıqla müşayiət olunmasına sadiqdir. Bu kontekstdə, COP30-unbraziliyalı Sədrliyinə dəstəyimizi ifadə edir və hamını Belemdə“mutirão” ruhunu qəbul etməyə çağırırıq – bu, növbəti kollektivuğurun əsasını qoyacaq.
Azərbaycan Braziliyada COP30-da inklüzivliyin təmin edilməsi vəicranın sürətləndirilməsi istiqamətində fəaliyyətini dəstəkləməyəhazırdır. Biz əminik ki, zəngin ekoloji irsi, iqlim vəbioçeşidlilik sahəsində rolu və çoxtərəfliliyə olan sadiqliyi iləBraziliya COP29-da birlikdə əldə etdiyimiz nəticələri davametdirmək və əvvəlki illərin nailiyyətləri üzərində irəliləmək üçünən yaxşı namizəddir. Azərbaycan, bu ümumi missiyada etibarlı vəfəal tərəfdaş, sübut olunmuş körpü qurucusu olaraq sizinlə birgəolmağa davam edəcək. Bizim dəyişməz öhdəliyimizə və konstruktiviştirakımıza güvənə bilərsiniz”, - deyə Yalçın Rəfiyev əlavəedib.